“Mançester Yunayted” “Mançester Siti”nin sabiq rəsmisinə iş verdi

“Mançester Yunayted” klubun yeni texniki direktoru vəzifəsinə ingilis mütəxəssis Ceyson Uilkoksun təyin edildiyini rəsmən açıqlayıb.

Arena.az bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən məlumat verir.

52 yaşlı mütəxəssisin futbolçuların alınması və “Mançester Yunayted” akademiyasının inkişafı üzərində çalışacağı vurğulanır.

Uilkoksun son iş yeri 2023-cü ilin yayından idman direktoru vəzifəsində çalışdığı “Sauthempton”da olub. Bundan əvvəl isə 2017-2023-cü illərdə ingilis mütəxəssis “Mançester Siti”nin gənclər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2016-2017-ci illərdə Uilkoks “Mançester Siti”nin gənclər komandasının məşqçisi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: