Çempionlar Liqasında yarımfinal məhsuldar heç-heçə ilə başladı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk görüşlərinə start verilib.

Arena.az xəbər verir ki, birinci oyunda Almaniya və İspaniya nəhəngləri – “Bayern”lə “Real” kollektivləri üz-üzə gəliblər.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırmışdı. Almanlar “Arsenal”a qalib gəlmişdilərsə, “kral klubu” Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti”dən güclü olmuşdu.

“Alyans Arena”da keçirilən bu matça Bakı vaxtı ilə saat 23:00-da start verilib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma ikinci hissənin əvvəlində “Bayern” oyunda dönüş yaratmağı bacarıb. Matçın sonunda isə Madrid təmsilçisi daha bir qol vurmaqla məhsuldar heç-heçəyə nail olub.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında yarımfinalın digər oyunu sabah Dortmund “Borussiya”sı ilə PSJ arasında baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
30 aprel

“Bayern” (Almaniya) – “Real” (İspaniya) 2:2
Qollar: Leroy Sane, 53. Harri Keyn, 57 – Vinisius Junior, 24; 83-pen.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Alyans Arena” stadionu.

Bayern: Manuel Noyer, Yozua Kimmix, Kim Min Jae, Erik Dayer, Nussair Mazraui, Konrad Laymer, Leon Qoretska (Rafael Gerreyro, 46), Tomas Müller (Serj Qnabri, 80), Leroy Sane (Alfonso Devis, 87), Camal Musiala, Harri Keyn.
Ehtiyat oyunçular: Daniel Perets, Sven Ulrayx, Dayo Upamekano, Aleksandar Pavloviç, Erik Şupo-Motinq, Brayan Saraqosa, Matis Tel.
Baş məşqçi: Tomas Tuxel.

Real: Andrey Lunin, Ferlan Mendi, Naço (Eduardo Kamavinqa, 65), Antonio Rüdiger, Lukas Vaskes, Orelyen Tçuameni, Toni Kroos (Luka Modriç, 76), Federiko Valverde, Cud Bellingem (Brahim Dias, 76), Vinisius Junior, Rodriqo Qoes (Xoselu, 87).
Ehtiyat oyunçular: Tibo Kurtua, Kepa Arrisabalaqa, Eder Militao, Fran Qarsiya, Dani Sebalyos, Arda Gülər.
Baş məşqçi: Karlo Ançelotti.

Xəbəri sosial şəbəkələrdə paylaş: