İngiltərə çempionu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland onu nəyin ruhlandırıdığı barədə fikirlərini açıqlayıb.
Arena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 36-cı turunun “Vulverhempton”la poker etdiyi ev oyunundan sonra bunları dilə gətirib:
“Məni nə ruhlandırır? Məni sövq edən yaxşı çalışdırıcım var və ətrafımdakı futbolçulara baxıram. Onlar olmasaydılar, bu, mümkün olmazdı”, deyə “qolçu vikinq” vurğulayıb.
Xatırladaq ki, bu oyunda Haland 4 qol vurub. “Şəhəlilər”in baş məşqçisi Xosep Qvardiola norveçli qolçunu 82-ci dəqiqədə əvəzləyib.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 36 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 94 oyun, 88 qol, 15 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyuna 27 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.


