PSJ “Borussiya”nı təbrik etdi

Fransa nəhəngi PSJ Çempionlar Liqasının yarımfinalında məğlub olaraq, mötəbər yarışda iştirakına xitam verməsinə münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, Paris klubu hər iki oyunda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olaraq, Çempionlar Liqasının cari mövsümündəki çıxışını başa vurub.

Fransa çempionunun prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi “Canal+” televiziyasına müsahibəsində bu barədə fikrini ifadə etməklə, klubun adından danışıb:

“Nəticədən çox, çox məyus olduq. Bu, əlbəttə ki, kədərlidir, amma düşünürəm ki, biz daha yaxşısına layiq idik. Futbolçular və məşqçilər hər şeyi verdilər. Azarkeşlərimiz də əla idilər”, – məşhur italyan jurnalist-insayder Fabritsio Romano Əl-Xelaifidən sitat gətirir.

Həmçinin Frnsa nəhəngi “X” sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən cütün qalibi Dortmund “Borussiya”sını Çempionlar Liqasının finalına yüksəlməsi münasibəti ilə təbrik edib:

“Finala yüksəlməyiniz münasibətilə təbrik edirik, “Borussiya”, – PSJ-nin təbrikində deyilir.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.
UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: