Luis Enrike, sualı müqabilində jurnalisti yenə acıladı

Baş məşqçi Luis Enrike PSJ-nin cari Çempionlar Liqasındakı çıxışını uğursuzluq kimi qiymətləndirən jurnalistin sualından narazı qalıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis bu narazılığını sərt və yüksək səslə ifadə edib:

“Uğursuzluq? Mən düzgün eşitdim? Nəzakətli olmağa çalışacağam: Çempionlar Liqasında neçə komanda var? Nə qədər olduğunu bilmirsən? Ola bilsin ki, sənin fəsadın neçə komandanın iştirak etdiyini öyrənməməyinlə bağlıdır. Gəlin növbəti suala keçək və mümkün fəsadlardan qaçaq”, deyə Luis Enrike səbrini basmağa çalışıb.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının cari mövsümündə yarımfinala qədər irəliləyib və burada qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi Dortmund “Borussiya”sına hər iki oyunda 0:1 hesabı ilə məğlub olaraq, mübarizəsinə xitam verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: