Poçettino: “Böyük məqsədlər üçün mübarizə apara bilərik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”la ilk mövsümündəki işi ilə bağlı təəssüratlarını paylaşıb.

Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, mövsümü başa vurmağımız fantastik idi. Mövsümün başlanğıcı çətin keçdi. Son bir neçə ayda necə çıxış etdiyimizdən məmnunam. Böyük məqsədlər üçün mübarizə apara bilərik.

“Çelsi”də qalib gəlmək, gələn mövsüm daha yüksəkdə olmaq və klubu layiq olduğu yerə qoymaq istəyirik”, deyə “Poç” bildirib.

Argentinalı mütəxəssis “zadəganlar”ın avrokuboklara vəsiqə qazanmasına dair də danışıb:

“Çelsi” kimi tarixə malik olmaqla bu, kifayət deyil, amma bu, daha böyük məqsədlərə çatmaq üçün ilk addımdır. Biz çox yaxınıq. Mövsümbəmövsüm sonra biz yaxşılaşacağıq. Gələn mövsüm rəqabətəqadir olmaq üçün nə etməli olduğumuzu bilirik. Gənc komandamız var, amma indi Premyer Liqada böyük təcrübəyə malikik”, deyə Poçettino bildirib.

Xatırladaq ki, “Çelsi” 2023/2024-cü illər mövsümü İngiltərə Premyer Liqasını 63 xalla 6-cı pillədə başa vurub və növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: