Futbol üzrə Türkiyə milli komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək ilkin heyəti müəyyənləşib.
Arena.az bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumat verir.
Baş məşqçi Vinçentso Montella ilkin heyətdə 35 futbolçuya yer verib. Amma iyunun 7-də bu heyətdən 9 futbolçu çıxarılacaq və 26 nəfərlik heyət UEFA-ya təqdim olunacaq.
İtalyan mütəxəssis qitə birinciliyi öncəsi milliyə bu oyunçuları cəlb edib:
Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Doğan Alemdar (“Trua”, Fransa), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Mert Müldür (“Fənərbaxça”), Zeki Çelik (“Roma”, İtaliya), Abdulkerim Bardakcı (“Qalatasaray”), Ahmetcan Kaplan (“Ayaks”, Niderland), Çağlar Söyüncü (“Fənərbaxça”), Merih Demiral (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Ozan Kabak (“Hoffenhaym”, Almaniya), Samet Akaydın (“Panatinaikos”, Yunanıstan), Cenk Özkaçar (“Valensiya”, İspaniya), Ferdi Kadıoğlu (“Fənərbaxça”);
Yarımmüdafiəçilər: Berat Özdemir (“Trabzonspor”), Can Uzun (“Nürnberq”, Almaniya), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmayıl Yüksek (“Fənərbaxça”), Kaan Ayhan (“Qalatasaray”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Orkun Kökçü (“Benfika”, Portuqaliya), Salih Özcan (“Borussiya”, Dortmund, Almaniya);
Hücumçular: Abdülkadir Ömür (“Hall Siti”, İngiltərə), İrfan Can Kahveci (“Fənərbaxça”), Yunus Akgün (“Lester Siti”, İngiltərə), Kenan Yıldız (“Yuventus”, İtaliya), Kerem Aktürkoğlu (“Qalatasaray”), Oğuz Aydın (“Alanyaspor”), Arda Gülər (“Real”, Madrid, İspaniya), Barış Alper Yılmaz (“Qalatasaray”), Bertuq Yıldırım (“Renn”, Fransa), Cenk Tosun (“Beşiktaş”), Enes Ünal (“Bornmut”, İngiltərə), Semih Kılıçsoy (“Beşiktaş”), Yusuf Yazıcı (“Lill”, Fransa).
Xatırladaq ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.
Türkiyə millisi “F” qrupunda Çexiya, Portuqaliya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.


