“Real” ÇL-in final oyununa iştirak ərizəsini təqdim etdi

İspaniya çempionu “Real” Dortmund “Borussiya”sı ilə UEFA Çempionlar Liqasının final oyunu üçün iştirak ərizəsini təqdim edib.

Arena.az Madrid klubunun final oyununa heyətini diqqətinizə çatdırır:

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Kepa Arrisabalaqa, Fran Qonsales;

Müdafiəçilər: Daniel Karvaxal, Eder Militao, David Alaba, Naço Fernandes, Lukas Vaskes, Fran Qarsiya, Anronio Rüdiger, Ferlan Mendi;

Yarımmüdafiəçilər: Cud Bellingem, Toni Kroos, Luka Modriç, Eduardo Kamavinqa, Federiko Valverde, Orelyen Tçuameni, Daniel Sebalyos, Arda Gülər, Mario Martin;

Hücumçular: Vinisius Junior, Rodriqo Qoes, Xoselu, Brahim Dias.

Qeyd edək ki, İspaniya nəhənginin ukraynalı qapıçısı Andrey Luninin adı iştirak ərizəsində yer alsa da, o, soyuqdəymə səbəbindən “Borussiya” ilə oyuna hazırlaşmaq üçün komanda ilə birlikdə Londona uça bilməyib. Belə ki, Lunin qripə yoluxub, ona görə də futbolçular arasında xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün komanda üzvləri ilə əlaqə saxlamayacaq. Qapıçı daha sonra komandaya qoşulmağa çalışacaq. Hazırda onun qarşıdakı oyunda iştirakının mümkünlüyü ilə bağlı məlumat yoxdur.

Vurğulayaq ki, bir müddət əvvəl komandanın baş məşqçisi Karlo Ançelotti də Luninin qızdırması olduğunu bildirmişdi. Bu üzdən final matçında qapını uzun müddətdir zədədən əziyyət çəkən və yenicə sıraya dönmüş Tibo Kurtuanın qoruması ehtimal olunur.

Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: