Bu gün keçiriləcək final oyunu ilə futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünə yekun vurulacaq.
Arena.az xəbər verir ki, mövsümün həlledici oyununda İspaniya nəhəngi “Real”la Almaniyanın “Borussiya” (Dortmund) komandaları üz-üzə gələcəklər.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Qeyd edək ki, “Real” indiyə qədər 14 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Madrid təmsilçisi bu göstərici üzrə Avropanın rekordçusudur. Bu baxımdan İspaniya nəhənginin ən yaxın izləyicisi İtaliya “Milan”ıdır – 7 dəfə. “Borussiya” isə cəmi 1 dəfə – 1997-ci ildə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.
UEFA Çempionlar Liqası
Final
1 iyun
Borussiya (Dortmund, Almaniya) – Real (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
London. “Uembli” stadionu.
“Borussiya” ÇL-in final oyunu üçün iştirak ərizəsinə bu futbolçuların adını daxil edib:
Qapıçılar: Qreqor Kobel, Martsel Lotka, Aleksander Mayer-Şade;
Müdafiəçilər: Niko Şlotterbek, Mats Hummels, Marius Volf, Yan Matsen, Niklas Züle, Yulian Ryuerson;
Yarımmüdafiəçilər: Salih Özcan, Feliks Nmeça, Marko Roys, Yulian Brandt, Marsel Zabitser, Emre Can, Kyell-Arik Vetyen;
Hücumçular: Sebastien Aller, Ceydon Sanço, Niklas Füllkruq, Yussufa Mukoko, Doniell Malen, Kərim Adeyemi, Ceymi Bayno-Gittens.
“Real”ın iştirak ərizəsində isə bu futbolçular yer alıblar:
Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Kepa Arrisabalaqa, Fran Qonsales;
Müdafiəçilər: Daniel Karvaxal, Eder Militao, David Alaba, Naço Fernandes, Lukas Vaskes, Fran Qarsiya, Anronio Rüdiger, Ferlan Mendi;
Yarımmüdafiəçilər: Cud Bellingem, Toni Kroos, Luka Modriç, Eduardo Kamavinqa, Federiko Valverde, Orelyen Tçuameni, Daniel Sebalyos, Arda Gülər, Mario Martin;
Hücumçular: Vinisius Junior, Rodriqo Qoes, Xoselu, Brahim Dias.


