“Real” ÇL-in finalına uça bilməmiş azarkeşlərinə təzminat verəcək

“Real”ın 270 azarkeşi bu gün, iyunun 1-də keçiriləcək Çempionlar Liqasının final oyununda iştirak üçün Londona uça bilməyib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, azarkeşlərin uçuşu ləğv edilib, aviaşirkət isə vəziyyətdən heç bir çıxış yolu təqdim etməyib.

Mənbənin məlumatına görə, “qaymaqlılar”ın bu hadisə ilə heç bir əlaqəsi olmamasına rəğmən, klub rəhbərliyi “Real”ın oyununu doğma “Santyaqo Bernabeu”nun xüsusi şəxlər üçün kürsüsundən izləmək üçün azarkeşlərə biletlər təqdim edəcək. Madrid klubu bununla onların maddi itkilərini sığortalamaq qərarına gəlib.

Xatırladaq ki, Çempionlar Liqasının final oyunu bu gün – iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: