Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv doğma meydanda Macarıstan yığması ilə üz-üzə gəlib.
B Liqasının 1-ci qrupu çərçivəsində Mərdəkandakı “Dalğa Arena”da keçirilən görüşün start fiti saat 20:00-da səsləndirilib. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edib. Millimiz bu oyunda biabırçı hesabla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə məhz Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda da komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə yığmasına səfərdə 0:1 hesabıyla uduzan komandamız doğma meydanda bu rəqibini eyni hesabla məğlub etmişdi.
Bu gün qrupun digər matçında İsveçrə yığması Türkiyə millisinin qonağıdır. Bu görüş Bakı vaxtı ilə saat 21:30-da start götürüb.
Azərbaycan millisi 5 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Millimiz qrupdakı növbəti və sonuncu oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 iyul
Azərbaycan – Macarıstan 0:5
Qollar: Anna Ksiki, 21. Zsanett Kayan, 32. Emyoke Papai, 53. Kinqa Sikler, 90+1; 90+4.
Hakimlər: Yelena Peykoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer (hamısı Xorvatiya).
Mərdəkan. “Dalğa Arena”.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (21. Fidan Cəfərova, 90+3), 3. Jalə Məhsimova (14. Coşqunə Əliyeva, 90+3), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 8. Firəngiz Teymurova (20. Xanım Əsədova, 80), 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 11. Vüsalə Seyfəddinova (13. Nərgiz Hacıyeva, 46), 16. Nazlıcan Parlak, 23. Yeliz Acar (18. Alina Dorofeyeva, 37).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Esra Manya, 15. Kamilla Məmmədova, 17. Vüsalə Hacıyeva, 19. Milana Rəhimova.
Baş məşqçi: Siyasət Əsgərov.
Macarıstan: 1. Reka Syoç, 3. Henrietta Ksizar (21. Fanni Naqi, 64), 4. Sara Puştai (17. Hanna Nemet, 84), 5. Emyoke Papai (9. Kinqa Sikler, 84), 6. Evelin Fenivesi, 7. Zsanett Kayan, 10. Anna Ksiki (8. Viktoriya Sabo, 74), 13. Sintia Öreq (18. Laura Kovaç, 64), 15. Diana Nemet, 20. Lilla Turanyi, 23. Luka Papp.
Ehtiyat oyunçular: 12. Anna Terestyenyi, 22. Fruzsina Şildkraut, 2. Eszter Ott, 11. Viraq Naqi, 16. Diana Ksanyi.
Baş məşqçi: Aleksandra Szarvas.
Xal: İsveçrə – 9. Macarıstan – 7. Türkiyə – 6. Azərbaycan – 4.


