Alkantaranın “Barselona”da çalışacağı vəzifə müəyyənləşdi

Bu yaxınlarda karyerasını başa vurmuş, İspaniya yığmasnın keçmiş futbolçusu Tyaqo Alkantaranın yeni vəzifəsi məlum olub.

Arena.az bu barədə Sports.es dərgisinə istinadən məlumat verir.

Tyaqo Alkantara “Barselona”nın yeni baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flikin məşqçilər qərargahında müvəqqəti vəzifə alıb.

Alkantara “blauqrana”nın heyəti ilə məşqçilər qərargahı arasında ünsiyyətdə əsas həlqə hesab edilir. Keçmiş yarımmüdafiəçi mövsümöncəsi məşq zamanı Flikdən təlimatları və taktiki izahatları oyunçulara tərcümə edir.

Vurğulanır ki, Tyaqo uzunmüddətli perspektivdə Flikin qərargahında rabitə üzrə köməkçi vəzifəsində qalmağı planlaşdırmır. Alman mütəxəssis ispan dilini az-çox öyrənən kimi Alkantara “Barselona”nın düşərgəsini tərk edəcək.

Xatırladaq ki, cari ilin iyul ayının 8-də İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Tyaqo Alkantara futbolçu karyerasını başa vurduğunu sosial şəbəkələr üzərindən bəyan etmişdi. Tyaqo Alkantaranın son klubu “Liverpul” olub, keçmiş futbolçu “Barselona” və “Bayern”də də çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: