U-18 millimiz Avropa çempionatına qələbə ilə başladı

18 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi (U-18) bu gün Avropa çempionatının C Divizionunda ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız yer aldığı B qrupundakı ilk oyununda Moldova seçməsi ilə qarşılaşıb.

Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri, yekunda rəqib üzərində 87:76 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Rafael Ağayev (24 xal, 12 ribaund) seçilib.

Bu qələbə ilə U-18 yığmamız yarımfinala vəsiqəni təmin edib. Millimizin qrupda sonuncu oyunu sabah – iyulun 25-də Ermənistan yığmasına qarşı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: