“Real”ın baş məşqçisi Karlo Ançelotti cari yay transfer pəncərəsində “qaymaqlılar”ın mümkün transferləri ilə bağlı mövqeyini açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Pəncərə bizim üçün bağlıdır. Valyexo qayıdır, Alaba sağalır və bizimlə məşq edən gənclər bizə gərək olan keyfiyyətlərə malikdirlər. Bu vəziyyətdə biz tam qaydasındayıq. Heç kim getmir, hamı qalmaq istəyir”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real” artıq mövsümün ən səs-küylü transfereini həyata keçirib. “Kral klubu” Fransa yığmasının ulduz hücumçusu və kapitanı Kilian Mbappeni PSJ-dən azad agent qismində öz düşərgəsinə qatıb. Həmçinin “qaymaqlılar” daha öncə keçidini razılaşdırdıqlar braziliyalı mərkəz hücumçusu Endrikin “Palymeyras”dan transferini rəsmiləşdiriblər.
Hazırda “Real” yeni mövsümə hazırlaşır. İspaniya nəhingi üçün mövsüm UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyunla başlayacaq. Oyun avqustun 14-də Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək.
“Real”ın yeni oyunçularının rəsmi debütü də məhz bu oyuna təxmin edilir.


