Lukas Din türk jurnalistlə mübahisəyə girişdi

“Aston Villa”nın müdafiəçisi Lukas Din futbolçunun “Qalatasaray”a keçə biləcəyini iddia etmiş jurnalist Yağız Sabuncıoğlu ilə mübahisə edib.

Arena.az xatırladır ki, daha əvvəl türk jurnalist özünün “X” sosial şəbəkə hesabı üzərindən fransız futbolçunun “Qalatasaray”la anlaşdığını açıqlamışdı.

O, hətta İstanbul klubunun “Aston Villa”ya rəsmi müraciət ünvanladığını bildirmişdi.

Bu xəbərin ardınca, Din “Üzr istəyirəm, amma bu, doğru deyil”, müvafiq məlumatı şərh etmişdi.

Yağız Sabuncuoğlu isə buna cavab olaraq, “Qalatasaray”ın rəsmi təklifinin ekran görüntüsünü dərc edib.

Bu məqam tərəflər arasında xoşagəlməz zəmin yaradıb.

Sol cinah müdafiəçisi olan Lukas Din peşəkar karyerasına Fransanın “Lill” klubunda başlayıb. Daha sonra o, PSJ oynayıb. 2015/16 mövsümünü icarə əsasında “Roma”da keçirmiş futbolçu ardından “Barselona”ya transfer olunub. 2018-ci ildə isə o, Kataloniya təmsilçisindən ayrılaraq “Everton”a keçib.

“Aston Villa” Dini 2022-ci ilin yanvarında “Everton”dan 30 milyon avro müqabilində heyətinə qatıb. 31 yaşlı fransız futbolçu bu komandanın heyətində 93 oyuna çıxıb, 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçi 2014-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasında 46 oyuna çıxıb. Bu oyunlarda 6 məhsuldar ötürmə müəllifi olmuş futbolçu, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: