Xosep Qvardiola super kubok zəfərini şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Super Kuboku uğrunda oyunda “Mançester Yunayted” üzərində qələbəni şərh edib.

Arena.az xatırladır ki, “Uembli”də keçirilmiş oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər silsiləsində isə “şəhərlilər” “qırmızı şeytanlar” üzərində 7:6 hesablı qələbə qazanıblar.

“Mən Mançesterdən olan rəqiblərimizə qarşı oynamaqdan zövq alırdım, mövsümə qələbə ilə başlamaq isə əladır. Biz çox şadıq. Biz çoxlu top itkilərinə yol verirdik, topa sahibliyi qəfil ələ keçirdikdən sonra fəaliyyətdə isə onlar dünyanın ən yaxşı komandalarından biridir. Onlar, nəzarətdə saxlanılmaq baxımından çox təhlükəlidirlər. Amma sonda buna nail olduq.

Bu oyunda iştirak etmək xoşdur, çünki bu, əvvəlki mövsümdə nəyisə qazanmağınız deməkdir. İndi futbolçuların geri döndüyünü görürük. Hazırda məqsəd Premyer Liqanı qazanmaq deyil, növbəti oyunda qalib gəlməyə çalışmaqdır. Biz bunu etməliyik”, – BBC ispan mütəxəssisdən sitat gətirir.

Qalibiyyət nəticəsində “Mançester Siti” 7-ci dəfə İngiltərə Super Kubokunu muzeyinə aparıb. “Mançester Yunayted”in isə 21 qalibiyyəti var və bu nəticə mütləq rekorddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: