Məşhur musiqiçi Ed Şiran “İpsviç Taun”un səhmdarı oldu

Məşhur musiqiçi və aktyor Ed Şiran İngiltərə Premyer Liqasında çıxış edən “İpsviç Taun” klubunun azlıqdakı səhm payını alıb.

Arena.az bu barədə “İpsviç Taun”un mətbuat xidmətinə istinadən məlumat verir.

İngiltərə klubunun bəyanatında bildirilir ki, Şiran “İpsviç Taun”un ümumi payının 1,4%-ə sahib olacaq və müqavilənin bir hissəsi olaraq Şiran “Portman Roud” stadionundakı təmsilçilər kürsüsündən uzun müddət istifadə edəcək.

Xatırladaq ki, “İpsviç Taun” ötən mövsümün yekunlarına əsasən, İngiltərə Premyer Liqasına vəsiqə qazanmışdı. İngiltərə yüksək divizionunun 1-ci tur oyununda “traktorçular”ı “Liverpul” sınağa çəkəcək.

Ed Şiran britaniyalı müğənni, bəstəkar, musiqiçi, prodüser, aktyor və iş adamıdır. Ed Şiranın ilk kommersiya uğuru 2011-ci ilin iyununda Britaniya hit-paradında üçüncü yeri tutmuş “The A Team” sinqlı sayəsində əldə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: