Erik ten Haq MY-nin yeni mövsümdə imkanlarını qiymətləndirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın yeni mövsümdə qənimətlər uğrunda mübarizə imkanlarını qiymətləndirib.

Arena.az “The United Stand” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz iki kubok qazanmışıq – bu, bizə qalib gəlməyə qadir olduğumuza inam verir. “Mançester Siti”ni nəzərə almasaq, biz iki mövsümdə liqadakı hər hansı digər klubdan daha çox kubok qazanmışıq”, deyə Ten Haq nəticələrin əsas meyar olduğunu başa düşməyə əsas verib.

Həmçinin Erik ten Haq “Mançester Yunayted”in yeni mövsümə hazır olmadığını etiraf edib:

“Komanda hazır deyil, amma çempionat başlayır. Bundan qaçıb-gizlənə bilmərik. Biz bununla barışmalıyıq. Bu, çox çətin vəziyyətdir. ABŞ səfəri üçün müəyyən heyətimiz vardı, sonra Avropa çempionatı və Amerika Kubokundan qayıtmış oyunçularımız vardı, indi də yeni oyunçular var. Biz bundan bir komanda qurub ərsəyə gətirməliyik”, deyə niderlandlı mütəxəssis vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunyted” İngiltərə Premyer Liqasının yeni mövsümünə avqustun 16-da 1-ci tur çərçivəsində “Fulhem”lə “Old Trafford”də keçiriəcək oyunla başlayacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: