“Liverpul”un yeni baş məşqçisi Arne Slot “qırmızılar”ın qarşıdan gələn Premyer Liqa mövsümündəki perspektivləri ilə bağlı sualı cavablayıb.
Arena.az “Anything Liverpool” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz başa düşməliyik ki, son iki mövsümdə “Liverpul” “Mançester Siti” və “Arsenal”dan xeyli uzaq düşüb. Bu uçurumu azaltmaq üçün hər gün çalışırıq”, deyə Slot vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm alman mütəxəssis Yurgen Klopun rəhbərliyi altında “Liverpul” son turlarda büdrəyərək, çempionatı 3-cü pillədə bürünc medalla tamamlamışdı. “Arsenal” mövsümü 2-ci pillədə gümüş medalla başa vurmuş, “Mançester Siti” isə ardıcıl 4-cü mövsümdə çempionluğu bayram edərək, mütləq rekorda imza atmışdı.


