Ançelotti “Malyorka” ilə səfər heç-heçəsinə aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 1-ci turunda “Malyorka” ilə səfər heç-heçəsini (1:1) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz oyuna yaxşı başladıq, üstünlüyü ələ keçirdik və ikinci qolu da vura bilərdik. İkinci hissədə tarazlığımız yetmədi. Buna görə məğlub ola bilərdik. Ən yaxşı oyunumuz deyildi. Çox hücum edirik, müdafiədə isə tarazlıq çox vacibdir.

Bu gün mən razı deyiləm. Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Mən heç bir bəhanə axtarmaq istəmirəm. Biz daha çox iş görməli və özümüzü daha yaxşı sazlamalı idik”, deyə Ançelotti vurğulayıb.

Əlavə edək ki, “Malyorka” səfəri “Real” üçün çətin səfərlərdən sayılır.

1-ci turdan sonra “Real” və “Malyorka” 1 xalla müvafiq olaraq 12-ci və 13-cü yerləri bölüşürlər. La Liqanın yarış cədvəlinə 3 xalla “Rayo Valeykano” başçılıq edir. Eyni miqdarda xal toplamış “Barselona” və “Selta” liderlər dəstəsini təşkil edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: