Luis Junior 12 milyon avroya “Vilyarreal”da!

Portuqaliyanın “Famalikan” klubunun qapıçısı Luis Junior bundan sonra İspaniyanın “Vilyarreal” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Vilyarreal” bu transferə görə “Famalikan”a 12 milyon avro ödəyib. Əslən Braziliyadan olan 23 yaşlı portuqaliyalı qolkiperlə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Luis Junior Braziliyanın “Mirassol” klubunun yetirməsidir. 2019-cu ildən “Famalikan”da çıxış edən qapıçı Portuqaliya klubunun əsas komandasında 140 oyun keçirib, 178 qol buraxıb, 42 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: