“Mançester Yunayted” xərcləri azaltmaq məqsədilə texniki xidmət komandasına nahar (lanç-boks) verməyi dayandırmaq qərarına gəlib.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, əvvəllər, oyun günü işçilərə sendviç, dənli baton, çipslər və içkidən ibarət yüngül yemək dəsti təqdim edilirdi. Bildirilir ki, mövsümün ilk oyunundan sonra klub əməkdaşların bir çoxu bu nahar qutularının olmamasından narazılıqlarını bildiriblər. Ən biabırçı məqam isə ondan ibarətdir ki, bəzi hallarda işçilərə korporativ müştərilər üçün nəzərdə tutulmuş yemək qalıqları təklif edilib.
Vurğulanır ki, “Mançester Yunayted” rəhbərliyi qərarlarını verilən qidaların əhəmiyyətli hissəsinin istifadəsiz qalması ilə izah edib.


