“Yuventus”un baş məşqçisi Tyaqo Motta A Seriyasının 2-ci turunun “Verona” ilə oyunu ərəfəsində “byankoneri” ilə işi haqda fikirini paylaşıb.
Arena.az “Mundo Deportivo” dərgisinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Çempionatın 1-ci turundan sonra möhkəm ayaq tutaraq dayanmışıq. Qarşıda skudettoya əsas namizədlərdən birini məğlub etmiş, yaxşı formada olan komanda ilə görüşümüz var (“Verona” – “Napoli” 3:0 – redaktorun qeydi). “Komo” ilə evdə oynadıq, yaxşı futbol göstərdik və yaxşı nəticə qazandıq (3:0). “Verona” ilə matçda isə fərqli bir hekayə gözləyirəm və biz hər şeyə hazır olmalıyıq.
Kənardan baxsanız, hər şey fərqli görünə bilər, amma daxildən həyatım gözəldir. Məşqə gəlmək üçün böyük güc-qüvvə və həvəslə tezdən oyanıb-dururam. Eyni həvəsə malik olan fantastik insanlarla görüşürəm. Mən təkmilləşmək üçün böyük ilhamla yanıma gələn oğlanlarla görüşürəm”, deyə Motta bildirib.
Xatırladaq ki, Tyaqo Motta 2024-cü ilin iyulundan “Yuventus”a rəhbərlik edir. Mottanın İtaliya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
1-ci turdan sonra, 2-ci tur ərəfəsində “Yuventus” 3 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb, eyni miqdarda xal toplamış “Verona” isə 7-ci pillədədir. A Seriyasına 4 xalla “İnter” başçılıq edir.
“Verona” – “Yuventus” oyunu bu gün – avqustun 26-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 22:45-də başladacaq.


