Arne Slot: “Liverpul”un yaxşı oyunu mənim üçün təəccüblü deyil”

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın mövsümə qələbələrlə başlaması, həmçinin komandanın yaxşı çıxışı haqda fikrini paylaşıb.

Arena.az xatırladır ki, “Liverpul” İngiltərə Premyer Liqasının yeni mövsümünə “İpsviç Taun” (2:0) və “Brentford” (2:0) üzərində qələbələrlə başlayıb.

“Bu, məni şad edir. Çətin rəqiblərə qarşı iki yaxşı qələbə, çünki “Brentford” keçən həftə çox yaxşı açılış oyunu keçirib, amma mövsümdə hələ də sübut edəcəyimiz çox məqam var. Düşünürəm ki, həm “İpsviç Taun”, həm də “Brentford” bizə qarşı oynadıqları oyuna görə hörmətimizə layiqdirlər, amma onların heç birinin ilk altılığa daxil olacağını gözləmirəm. İki qələbə və iki təmiz oyunla başlamaq həmişə xoşdur.

Komandamın oyunundan razıyammı? Bəli, amma bu, olduqca adi bir haldır, çünki mən klubu miras almışam, bütün oyunçular isə heyətdə qalıblar. Biz bir çox xüsusu , bəzi xüsusları demək olar ki, eyni saxlamağa çalışırıq, amma biz həm də yaxşılaşdıra biləcəyimizi düşündüyümüz bir və ya iki xüsusu da tənzimləməyə çalışırıq. Yurgen Klopp qalsaydı, komandanı təkmilləşdirə biləcək bir və ya iki xüsusu tapmağa çalışardı. Bu komandanın belə oynaması mənim üçün təəccüblü deyil. Bu, sizin üçün də gözlənilməz olmamalıdır, çünki siz onların ötən mövsüm dəfələrlə belə oynadığını görmüsünüz”, – “Liverpul”un mətbuat xidməri niderlandlı mütəxəssisdən sitat gətirir.

2 turdan sonra “Liverpul” 6 xalla Premyer Liqanın liderlər dəstəsində – 3-cü pillədə qərarlaşıb. Premyer Liqaya 6 xalla “Mançester Siti” başçılıq edir.

Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 45 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: