“Real”ın baş məşqçisi Karlo Ançelotti müasir futbolda hücumçular qarşısındakı tələblərlə bağlı mövqeyini açıqlayıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis hücumçuların müdafiədən azad edilməməsi, komandanın həm müdafiədə, həm də hücumda vahid tamı ifadə etməsini düzgün hesab edir:
– Müasir futbolda hücumçunu müdafiədən azad etmək mümkündürmü?
– Bizə yığcam komanda gərəkdir, əsas budur. Hücumçu təzyiq göstərirsə, müdafiəçilər isə ayağa qalxmırlarsa, bu, fəsadlara gətirib çıxarır. Yaxud müdafiəçilər öz qapılarına sıxılırsa, hücum xətti buna qarşılıq vermirsə, eyni ilə. Bu gün komanda haqqında düşünmək gərəkdir, özün haqqında deyil.
Xatırladaq ki, Karlo Ançelottinin rəhbərliyi altında “Real” ötən mövsüm elə, bu üslubda da uğurla çıxış edib. “Qaymaqlılar” İspaniya La Liqasının, İspaniya Super Kubokunun, Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olublar.


