Ançelotti “Barselona”nın La Liqaya uğurlu startını qiymətləndirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona”nın İspaniya La Liqasının yeni mövsümünə uğurlu startını qiymətləndirib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis həmçinin “blauqrana”nın cari forması haqda da fikrini bildirib:

“Biz La Liqada daha çox xal qazana bilərdik, bu, doğrudur. Bununla belə, biz cədvəlin başındayıq və bu, elə, gözlədiyimizdir. Keçən il çempion olmuşuq, indi də irəliləyirik. Unutmayın ki, bir çox futbolçumuz yalnız avqustun 9-da məşqlərə qayıdıb. O andan etibarən isə biz oyundan yalnız bir qol buraxmışıq.

“Barselona”nın forması? Biz, işləri yaxşı gedən rəqiblərimizə hörmətlə yanaşırıq”, deyə Ançelotti diplomatik cavabla kifayətlənib.

Xatırladaq ki, yayda alman mütəxəssis Hans-Diter Flikin nəzarətinə keçmiş “Barselona” La Liqanın 5 turundan mütləq nəticə hasil edərək, 15 xalla yarış cədvəlinə başçılıq edir. Karlo Ançelottinin “Real”ı isə 11 xalla 4-cü pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: