“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 5-ci turunda “Mançester Siti” ilə səfər heç-heçəsini (2:2) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən komandamla çox fəxr edirəm. Dünyanın ən yaxşı komandasına qarşı çətin şəraitdə oynadıq. Hesab 2:1 olduqdan sonra baş vermişlər ayrı bir hekayədir, meydandan qovulma ilə bağlı isə mən şərh vermək istəməzdim.
Sözün açığı, on nəfərlə 56 dəqiqə duruş gətirməyimizin özü bir möcüzə idi. Etdiklərimiz inanılmazdır.
Düzü, 97-ci dəqiqəyə qədər duruş gətirdiyimiz üçün çox məyus oldum. Amma bu gün meydanda çox mübarizə aparmış oyunçularımla inanılmaz dərəcədə qürur duyuram”, deyə Arteta vurğulayıb.
5 turdan sonra “Mançseter Siti” 13 xalla Premyer Liqanın yarış cədvəlinin zirvəsində mövqeyini qoruyub saxlayıb. “Arsenal” 11 isə xalla 4-cü pillədədir.


