Ançelotti “Alaves”lə matçın hakimindən niyə narazı qalıb?

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 7-ci turunun “Alaves”lə ev oyunundakı (3:2) hakimlikdən danışıb.

Arena.az xatırladır ki, bu oyunda “qaymaqlılar”ın dörd futbolçusu “gərəksiz” sarı vərəqə alıb.

“Bir neçə gün əvvəl dediklərimi təkrarlayacağam: hakimlərin yanaşması dəyişib, buna öyrəşmək gərəkdir. Etiraz etdiyimiz üçün dörd-beş sarı vərəqə aldıq. Bundan qaçmaq lazımdır, bu qədər. Biz yeni qaydalara uyğunlaşmalıyıq.

Mən hakimə nə demişəm? Şikayətlərə görə sarı vərəqələri gərəksiz hesab etdiyimi qeyd etdim və futbolçuların etirazının qarşısını almaq üçün öz işini görməli olduğunu bildirdim”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.

7 turdan sonra “Real” İspaniya La Liqasının yarış cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb. La Liqanın zirvəsində 6 oyundan 18 xal toplamış “Barselona” dayanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: