İtaliya A Seriyasının təmsilçisi “Yuventus” cari maliyyə ili ərzində 199,2 milyon avro məbləğində zərərə uğradığını açıqlayıb.
Arena.az məlumat verir ki, cari maliyyə hesabatı haqda açıqlama Turin klubunun mətbuat xidməti tərəfindən təqdim edilib.
Əvvəlki maliyyə ili ilə müqayisədə “byankoneri”nin itkisi 75,5 milyon avro məbləğində artıb. “Yuventus”un gəliri ötən maliyyə ilində 507,7 milyon avro məbləğində olub.
Vurğulanır ki, bu itkiyə rəğmən, komandanın UEFA Çempionlar Liqası və FIFA Dünya Kuboku da daxil olmaqla 5 yarışda iştirakı cari maliyyə ilində gəlirlərə müsbət təsir göstərəcək.
Xatırladaq ki, “qoca sinyora” İtaliya A Seriyasının cari mövsümündə 5 turdan sonra 9 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


