2012-ci ildən “Mançester Siti”nin idman direktoru çalışan Çiki Beqiristayn cari mövsümün sonunda “şəhərlilər”i tərk edəcək.
Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir.
“Mançester Siti” həm də rəsmən təsdiqləyib ki, ispan mütəxəssis Beqiristayndan sonra bu vəzifəni, hazırda Lissabon “Sportinq”ində eyni vəzifədə çalışan portuqal mütəxəssis Uqu Viana icra edəcək. Viana tamhüquqlu fəaliyyətinə 2025-ci ilin yayında başlayacaq.
“Biz cari mövsümün sonunda, Çikinin “Mançester Siti”nin tərəqqisinə verdiyi görkəmli töhfəni dəyərləndirəcəyimizi səbirsizliklə gözləyirik”, – “şəhərlilər”in mətbuat xidmətinin müvafiq açıqlamasında deyilir.
“Mançester Siti”də çalışmazdan əvvəl, 2003-2010-cu illərdə Aytor “Çiki” Beqiristayn “Barselona”nın idman direktoru vəzifəsində çalışıb.


