Xosep Qvardiola: “Yohan Kroyf olmasaydı, mən burada olmazdım”

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola Niderland futbolunun əfsanəsi Yohan Kroyff haqda danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Qvardiolanın bu barədə fikrini təqdim edir:

“Kroyf bu gün hamıdan ən yaxşısı olardı. Kroyf olmasaydı, mən də burada olmazdım, mənim üçün o, ən görkəmli idi”, deyə Xosep Qvardiola vurğulayıb.

Yohan Kroyf “Ayaks” və “Barselona”da çıxışları ilə məşhurlaşıb. Kroyf Niderland yığmasının aparıcı futbolçusu, total futol məktəbinin nümayəndələrindən biri olub. Kroyf ilk olaraq 3 dəfə “Qızıl top”un sahibi olub. 1971-ci ildə ilk dəfə olaraq “Ayaks”ın heyətində nüfuzlu mükafata layiq görülmüş Kroyf, 1973-cü və 1974-cü illərdə “Barselona”da çıxış edərkən müvafiq nailiyyətini təkrarlayıb. Yohan Kroyf futbol tarixinin ən yaxşı futbolçu və məşqçilərindən biri hesab edilir.

Kroyf peşəkar məşqçilik karyerası ərzində “Aykas” və “Barselona”nı çalışdırıb. Niderland nəhənginə Kroyf Niderland Kubokunu (1985/1986 və 1986/1987) və Avropa Kuboklar Kubokunu (1986/1987) qazandırıb.

“Barselona”ya isə Kroyf Kataloniya klubunun ən şanlı dövlərindən birini yaşadıb. Niderlandlı mütəxəssis “blauqrana” ilə İspaniya La Liqasının (1990/1991, 1991/1992, 1992/1993, 1993/1994), İspaniya Kral Kubokunun (1989/1990), İspaniya Super Kubokunun (1991, 1992, 1994), Avropa Çempionlar Kubokunun (1991/1992), Avropa Kuboklar Kubokunun (1988/1989) və Avropa Super Kubokunun (1992) qalibi olub.

Həmçinin Koroyfun futbolçu ikən çoxsaylı qənimətləri və fərdi mükafatları, eynilə məşqçi kimi fərdi təltifləri var.

Yohan Kroyfun rəhbərliyi altında “Ayaks” və “Barselona” həm baxımlı oyunu və həm də bu oyun mənzərəsində nəticə qazana bilməsi ilə səciyyəvi idilər. Kroyfun məşqçilik fəlsəfəsində futbol məhz belə oynanılması ilə ifadə edilirdi.

Kroyf dayanmadan siqaret çəkməyi ilə məşhur idi. Nəticədə ürək-damar fəsadları ilə üzləşmiş mütəxəssis siqaretin daşını atsa da, tütünün doğurduğu fəsadlar çox keçmədən öz sözünü deməyə başlamışdı. 2016-cı ilin mart ayının 24-də isə Kroyf 68 yaşında Barselonada vəfat edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: