Mikel Arteta “Bornmut”a gözlənilməz məğlubiyyəti şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”a gözlənilməz səfər məğlubiyyətini (0:2) şərh edib.

Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Aydındır ki, nəticədən çox məyus olmuşuq və təsirlənmişik, çünki belə bir oyunda oynamağa məcbur olduq. Bu səviyyədə, on nəfərlə 65 və ya 68 dəqiqə oynamaq sadəcə mümkünsüz işdir, mən isə komandanı təqsirləndirə bilmərəm.

Hesab 0:0 ikən vacib məqam o oldu ki, əla fürsət əldə etdik, futbolçumuz qapıçı ilə təkbətək çıxdı, amma qol vura bilmədik. Biz özümüzü təqsirləndirməliyik. Futbol – səhvlərin qaçılmaz olduğu idman növüdür. Biz də bu gün iki ciddi səhvə yol verdik ki, bu da təəssüf, bizə qələbə bahasına başa gəldi”, deyə Mikel Arteta duyğusalcasına bildirib.

Xatırladaq ki, “topçular” 30-cu dəqiqədə fransalı mərkəz müdafiəçisi Vilyam Saliba meydandan qovulduqdan sonra, oyunu azlıqda başa vurmalı olublar.

8 turdan sonra 17 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Bornmut” isə 11 xalla 10-cu yerdədir. 7 oyundan 18 xalla “Liverpul” Premyer Liqanın lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: