“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hansısa klubda rəhbər vəzifələrdən birini tutmağa razı olub-olmayacağı sualını cavablayıb.
Arena.az vurğulayır ki, sual, ispan mütəxəssisə “Liverpul”un keçmiş baş məşqçisi, alman mütəxəssis Yurgen Klopun nümunəsi qəsd edilərək ünvanlanıb.
Xatırladaq ki, ötən mövsümün başa çatması ilə “Liverpul”dan ayrılıb məşqçilik fəaliyyətindən dincəlmək, asudə vaxtını özünə və ailəsinə həsr etmək istəyində olmduğunu bildirmiş Kopp, gözlənilmədən “Red Bulla” müqavilə bağlayaraq, şirkətin futbol əməliyyatları üzrə dünyəvi rəhbəri vəzifəsinə təyinat alıb.
Qvardiola sualın bu qəsdini anlayaraq özünəməxsus cavabı ilə diqqət çəkib:
“Mənə yaşıl ot örtüyü xoş gəlir, qalstuklu adam olmağı isə xoşlamıram. Mən məşqçimi tez-tez tənqid edərdim! Mən bunu edə bilmərəm. Amma mən səhər işləmək üçün buraya, kluba gəlməyi xoşlayıram. Məşqçi olduğumun əsas səbəbi də məhz budur”, – “Goal” dərgisi Qvardioladan sitat gətirir.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 484 oyun keçiriblər, 358 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1229:436 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.


