“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın “Real”la La Liqanın 11-ci tur oyunu ərəfəsində komandaya istirahət verib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, istirahət komanda məşqlərinin fəallığının adi qaydadan fərli olaraq, bir qədər azaldılması ilə müəyyənləşdirilib.
Mənbənin məlumatına görə, alman mütəxəssis, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Bayern”lə oyununda 4:1 hesabı ilə qələbədən sonra, komandanın yorğun olması səbəbindən müvafiq qərar verib.
Vurğulanır ki, oktyabrın 24-də baş tutmuş məşqin sonunda Hansi Flik “Barselona” futbolçularına “İstirahət vaxtıdır, sizlərə yaxşıca yatıb özünə gəlmək gərəkdir!”, deyə nida edib.
“Real”a qarşı oyuna qədər “Barselona”nın daha iki məşqçi nəzərdə tutulub.
Xatırladaq ki, “Real” “Barselona”nı oktyabrın 26-da “Santyaqo Bernabeu”da “qonaq” edəcək. Hakim oyunu Bakı vaxtı ilə 23:00-da başladacaq.
Oyun La Liqanın 9-cu turunun mərkəzi görüşü kimi əlamətdar olacaq.
11 turdan sonra 27 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədən “blauqrana”nı daban-daban təqib edir.


