Erik ten Haq təzə “bahanə” tapdı: “Zədələr tərəqqini əngəlləyirlər”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırımızı şeytanlar”ın düşərgəsində çoxlu sayda zədəli futbolçunun olmasından söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Zədələrimiz bizi səviyyəmizdən, həmçinin liqadakı mövqeyimizdən edirlər. Əlinizdə oyunçular olmadıqda, oyunda ən yaxşı komandanı meydana çıxara bilməzsiniz və bu, hazırda bizi geridə qoyur, bizim isə oyunçuların daha mütəmadi surətdə meydana çıxmasına ehtiyacımız var.

Bu məsələdə hamımız birlikdə çalışmalıyıq, futbolçular, məşqçilər qərargahı, qalan heyət də. Daha çox sayda əlçatan oyunçu əldə etmək üçün bacardığımızı etməliyik. Çünki bilirik ki, onlara malik olduğumuz zaman biz həqiqətən yaxşı komandayıq və çox uğurlu ola bilərik, bunu isə son bir neçə ayda nümayiş etdirmişik”, deyə Erik ten Haq vurğulayıb.

Vurğulayaq ki, Ten Haqın “qırmızı şeytanlar”ın oyun keyfiyyətini və nəticələrini zədəlilərlə əlaqəlandirməsi “Mançester Yunayted”in pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, müvafiq hal artıq uzun müddətdir ki, davam edir.

Premyer Liqanın 8 turundan sonra 11 xal toplamış “Mançester Yunayted” yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: