Arne Slot: “Fasilədə 1:2 hesabı ilə geridə olmağa layiq idik”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Arsenal”la ev heç-heçəsi (2:2) haqda şərh verib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyun ərzində iki dəfə geri-dönüş etməyi bacardığımızı görmək xoş oldu. “Arsenal” çox güclü və çox keyfiyyətli komandadır, odur ki, bu, yaxşı idi. Eyni zamanda, hesab edirəm ki, fasilədə 1:2 hesabı ilə geridə olmağa layiq idik. Buna rəğmən 1 xal qazanmağa müyəssər omağımız daha dəyərlidir. Bunda əvəzedici heyətdən meydana çıxmış futbolçuların böyük xidməti oldu”, deyə Arne Slot vurğulayıb.

Xal itkisi “Liverpul”un Premyer Liqayanın liderliyini “Mançester Siti”yə təslim etməsi ilə nəticələnib. “Şəhərlilər” 23 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıblar. “Qırmızılar” isə 22 xalla 2-ci pillədədirlər. “Arsenal” isə 18 xalla 3-cü yerdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: