“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın son uğursuzluqaları mənzərəsində vəziyyətə dair fikrini bildirib.
Arena.az məlumat verir ki, italyan mütəxəssis “Real”ın qarşıdakı qış transfer pəncərəsində fəaliyyəti, klubdakı çətinlikləri, həmçinin “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin gözləntiləri doğrultmaması haqda söhbət açıb:
“Niyə hələ də qış transferlərinə qərar verməmişik? Çünki düşünürəm ki, indi futbolçularla müqavilə imzalamaq vaxt itkisidir. Bu fəsadı həll etmək üçün daha 40 gün vaxtımız olacaq. Hər şey dəyişə bilər. Bundan əlavə, David Alaba tam qaydasındadır və tezliklə sıralarımıza qayıdacaq. Üstun olan xüsusları qiymətləndirmək gərəkdir”, – AS dərgisi Ançelottidən sitat gətirib.
İtlaiyan mütəxəssis hazırda “qaymaqlılar” üçün arzuedilən nəticələrin olmaması ilə bağlı sualı cavablayıb:
“Mənim “Real”da yalnız bir asan ilim olub – keçən il. Bütün digərlərində həll edilməli olan fəsadlar ortaya çıxıblar. Bu kimi fəsadlar həmişə ortaya çıxırlar. Ancaq aprel və ya may aylarındansa, noyabr və ya dekabr aylarında onları aşkarlamaq daha yaxşıdır. Əminəm ki, biz onların həllini də tapacağıq. Bununla belə, “Real” La Liqa uğrunda mübarizəni davam etdirir. Üstəlik, zədəlilərimiz də var”, – “Marca” nəşri Ançelottidən sitat gətirir.
Təcrübəli mütəxəssis həmçinin bildirib ki, “Real”ın son vaxtlar əldə etdiyi zəif nəticələri yalnız “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappe ilə əlaqələndirərək, futbolçunu tənqid etmək yersizdir:
“Mbappenin üzləşdiyi fəsad bizim hamımızın qarşılaşdığı bir fəsaddır. Fəsadımız komandada davamlılığın olmamasıdır. Daha yaxşı olmaq üçün əlimizdən gələni etməliyik. Bu fərdi fəsad deyil. Mbappe daha yaxşı oynaya bilər, amma hamımız da bunu etməliyik”, – “Marca” nəşri Ançelottidən sitat gətirir.
Bu arada, “Real” Mbappeni imzalayarkən, fransalı ulduzun tənəzzülə doğru getdiyindən xəbərdar olduğu haqda məlumat da ortaya çıxıb.
İspaniya La Liqasının 13 turundan sonra 30 xal toplamış “Real” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb və mümkün lider qismindədir. 15 oyundan 32 xal toplamış Madrid “Atletiko”su 2-ci, 34 xal toplamış “Barselona” isə 1-ci pillədə yer alıb.


