Hansi Flik: “Bəhanə gətirməklə bəraət qazanmaq istəmirəm”

“Barselona”nın baş məşqçisi Hansi Flik hakimliyin Kataloniya klubuna maneə olub-olmaması ilə bağlı sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu məni narahat etmir. Mən hesab edirəm ki, hər bir xüsus bizim özümüzdən asılıdır. Daha yaxşı oynayanda qalib gəlirsən. Penaltilər məni çox da narahat etmir. Mən bəhanə gətirməklə bəraət qazanmaq istəmirəm”, deyə Hansi Flik vurğulayıb.

Hazırda “Barselona” İspaniya La Liqasının 15 turundan sonra 34 xalla yarış cədvəlinin zirvəsində yer alsa da, “blauqrana” liderliyini şərti olaraq “Real”a təslim edib. Belə ki, 2-ci pillədə qərarlaşmış “qaymaqlılar” 14 oyundan 33 xalla mümkün lider qismində “Barselona”nı daban-daban təqib edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: