Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv doğma meydanda İsveçrə yığması ilə üz-üzə gəlib.
B Liqasının 1-ci qrupu çərçivəsində Mərdəkandakı “Dalğa Arena”da keçirilən oyuna saat 16:00-da start verilib. Qarşılaşmanın baş hakim rumıniyalı Alina Peşu olub. 90 dəqiqənin yekununda millimiz 0:4 hesablı məğlubiyyətə üzülüb.
Qrupun digər matçında Türkiyə yığması bu gün Macarıstan millisini qəbul edəcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını bir neçə gün öncə səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması isə ilk turda Türkiyə millisini 3:1 hesabı ilə üstələmişdi.
Azərbaycan millisi qrupdakı növbəti matçını mayın 31-də səfərdə Türkiyə yığmasına qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
9 aprel
Azərbaycan – İsveçrə 0:4
Qollar: Smilla Vallotto, 11-pen. Luana Bühler, 20. Alayah Pilqrim, 51. Nadin Risen, 54.
Baş hakim: Alina Peşu (Rumıniya).
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu (Rumıniya)
Dördüncü hakim: Kristina Mariana Trandafir (Rumıniya).
Bakı. “Dalğa Arena”. Saat 16:00.
Azərbaycan: 1. Aytac Şərifova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 23. Yeliz Acar, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə, 6. Esra Manya, 20. Peritan Bozdağ, 11. Vüsalə Seyfəddinova, 3. Jalə Məhsimova (2. Diana Məmmədova, 81), 10. Kristina Bakarandze (14. Coşqunə Əliyeva, 90+5).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 15. Fidan Cəfərova, 16. Nazlıcan Parlak, 16. Alina Dorofeyeva, 19. Milana Rəhimova, 21. Aysun Əliyeva, 17. Vüsalə Hacıyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
İsveçrə: 21. Elvira Hersoq, 2. Julia Stierli (4. Laura Felber, 76), 18. Viola Kaliyaris, 15. Luana Bühler, 8. Nadin Risen, 6. Ceraldine Röyteler (7. Riola Xemaili, 66), 11. Kumba Sou, 17. Seraina Piubel (13. Ludiya Andrade, 46), 19. Aurelie Sillaq (20. Alayah Pilqrim, 46), 14. Smilla Vallotto (3. Alina Bienz, 66), 23. Alisa Lemann.
Ehtiyat oyunçular: 1. Nadin Böhi, 12. Liviya Penq, 16. Naimi Meqroz, 22. Meriam Terçun.
Baş məşqçi: Pia Sunhac.


