AFFA İcraiyyə Komitəsi toplaşır: Gündəlikdə 4 məsələ var

Mayın 13-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, saat 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib. Həmin məsələlər bunlardır:

  1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi:
  • İnkişaf hədəflərinin müəyyən olunması
  • Strategiyanın yazılması
  1. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
  2. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
  3. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: