Altay Bayındır daha 4 il “Fənərbaxça”da!

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Fənərbaxça” klubu qapıçısı Altay Bayındır ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Altay Bayındır peşəkar karyerasına “Ankaragücü” klubunda başlayıb. O, 2019-cu ildən “Fənərbaxça”nın uğurları üçün çalışır. 24 yaşlı qolkiper İstanbul təmsilçisində 137 oyuna çıxıb, 153 qol buraxıb. O, 42 oyunda da qapısını toxunulmaz saxlayıb. “Fənərbaxça”nın kapitanına çevrilən futbolçu Türkiyə millisinə də dəvət alır. O, yığma komandada 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: