Ampadu satıldı, “Çelsi” bu qədər qazandı

Futbol üzrə Uels milli komandasının mərkəz müdafiəçisi İtan Ampadu İngiltərənin “Çelsi” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu bu yay Premyer Liqanı tərk edərək Çempionşipə düşən “Lids” klubuna keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. O, “Lids”lə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Çelsi” isə bu transferdən 8,05 milyon avro qazanıb.

İtan Ampadu “Çelsi”yə 2017-ci ildə yetirməsi olduğu “Ekseter Siti” klubundan 2,8 milyon avro qarşılığında keçmişdi. Amma o, “zadəganlar”ın əsas komandasının üzvünə çevrilə bilməyib. London klubunda cəmi 12 matç keçirmiş futbolçu “Leypsiq”, “Şeffild Yunayted”, “Venesiya”, “Spetsiya” kimi klublarda icarədə olub. O, Uels yığma komandasında 44 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: