İspaniya nəhəngi “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti dünya futbolundakı bəyəndiyi məşqçilərdən danışıb.
Arena.az “Marca”ya istinadən Ançelottinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mənə bənzəyən yeni məşqçi yoxdur. Mənə Xosep Qvardiola, Roberto De Zerbi və ya Mikel Arteta kimi oyuna böyük qoyuluş edənlər və həmçinin tanış olduğum, çox bəyəndiyim, Xose Bordalas kimi, oyunçuları kökləmək iqtidarında olanlar xoş gəlirlər. Onun komandanı kökləməyini bəyənirəm”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real” İspaniya çempionatının yeni mövsümünə iki səfər qələbəsi ilə başlayıb. “Kral klubu” 1-ci turda Bilbao “Atletik”inə qalib gəlib (2:0), 2-ci turda isə “Almeriya”nı məğlub edib (3:1).
“Real”ı avqustun 25-də 3-cü tur çərçivəsində səfərdə “Selta” sınağı gözləyir.


