Ançelotti: “Bu, məndə gələcəyimizə inam yaradır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 23-cü turunda Madrid “Atletiko”su ilə oyunun nəticəsini şərh edib.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz yaxşı oyun keçirdik, oyuna nəzarət etdik, amma bəxtimiz gətirmədi və sonda qol buraxdıq. “Real” son dəqiqə qolları sayəsində bu mövsüm çoxlu oyun qazanıb. Özümüzü təqsirləndirməyə dəyməz. Biz turnir cədvəlinə başçılıq edirik. Narahat olmayın, komanda qaydasındadır və yaxşı futbol oynayır. Bu, məndə gələcəyimizə inam yaradır”, deyə Ançelotti bildirib.

“Real” 58 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Atletiko” 48 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: