Ançelotti çempionluq uğrunda “Jirona” ilə mübarizədən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 18-ci turunda “Alaves”lə oyundan (1:0) sonra çempionluq mübarizəsi haqda danışıb.

Arena.az “Madrid Xtra” dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Jirona” bizim əsas rəqibimizdirmi? Bu gün onlar öz bacarıqlarını nümayiş etdirdilər. Oyuna baxdıq. Əminəm ki, onlar da “Atletiko”, “Barselona” və “Atletik” kimi, sona qədər mübarizə aparacaqlar”, deyə Ançelotti bildirib.

İspaniya La Liqasının 18 turundan sonra “Real” 45 xalla turnir cədvəlinə başçılıq edir. Eyni miqdarda xal toplamış “Jirona” 2-ci pillədədir, “Kral Klubu” Kataloniya təmsilçisini topların daha yaxşı fərqinə və həmçinin şəxsi oyundakı nəticəyə görə (3:0) üstələyir. İlk üçlüyü 38 xalla “Barselona” qapayır. Sonrakı yerlərdə hər birinin 35 xalı olan “Atletik Bilbao” və “Atletiko Madrid” qərarlaşıb. Vurğulayaq ki, “döşəkçilər”in sabah, dekabrın 23-də “Sevilya” ilə təxirə salınmış oyunu keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: