“Real” baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti İspaniya La Liqasında “Jirona” ilə rəqabətdən danışıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Onların bütün işləri qaydasındadır – bizdən də yaxşıdır. Nəzərə almaq lazımdır ki, “Jirona” avrokuboklarda oynamır və hər oyunda qələbə üçün mübarizə apara bilər. Bu, La Liqa çempionluğu üçün mübarizə apara bilən komandadır və buna heç bir şübhəm yoxdur”, deyə Ançelotti bildirib.
Xatırldaq ki, İspaniya La Liqasının 13 turundan sonra “Jirona” 34 xalla turnir cədvəlinin lideridir. 32 xal toplamış “Real” 2-ci pillədədir və Kataloniyanın kiçik təmsilçisini təqib edir. İlk üçlüyü isə 30 xalla Kataloniya nəhəngi “Barselona” qapayır.
Növbəti, 14-cü turda “Rela” “Kadis”lə, “Jirona” isə “Atletik”lə qarşılaşacaq.


