“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqası ilə İngiltərə Premyer Liqasını müqayisə edib, fərqlərdən danışıb.
Arena.az xatırladır ki, italyan mütəxəssis İngiltərədə “Çelsi” və “Everton”u çalışdırıb.
“La Liqa Premyer Liqadan fərqlidir. Premyer Liqa daha yüksək tezliyə malikdir, amma taktiki səviyyədə La Liqa İngiltərədən qat-qat yaxşıdır. Əgər tezlik və nəbzdən danışırıqsa, o zaman Premyer Liqada daha çox şey var, amma La Liqa komandaları daha çox taktiki keyfiyyətlərə malikdirlər”, “Real”ın rəsmi saytı Ançelottidən sitat gətirir.
Hazırda Ançelottinin “Real”ı 28 oyundan 69 xalla La Liqanın yarış cədvəlinə inamla başçılıq edir. “Kral klubu” ən yaxın izləyicisi “Jirona”nı (62 xal) 7 xal qabaqlayır.
Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis “Kral Klubu”na qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. İtalyan mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022, 2023/2024), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Çelsi” və “Everton”la yanaşı həmçinin “Napoli”, “Bayern”, PSJ, “Milan”, “Yuventus”, “Parma” keçib.


