“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun maraqlarını təmsil edən klub televiziyası “Real Madrid TV”-nin müdafiəsinə qalxıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis mütəmadi olaraq hazırkı ispan hakimləri tənqid edən videolar yayımlayan “Real Madrid TV”-nin mövqeyini müdafiə edib:
“Sizin söz azadlığını nəzərə almamağınız məni azca təəccübləndirir. “Real Madrid TV” də digər jurnalistlər kimi öz fikrini bildirən mətbuat orqanıdır”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real Madrid TV”-nin hakimlərə təzyiq göstərməsi ilə bağlı “Sevilya” “Real”dan İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət ünvanlamışdı. Öz növbəsində, RFEF bu məsələdə “Real”a cəza tətbiq edilməsinin heç bir əsası olmadığını “Sevilya”nın şikayətinə qarşı qoymuşdu.
Amma “Real” futbolçularının klub televiziyasının fəaliyyətindən narazı olduğu barədə də məlumat vardı. Belə ki, “qaymaqlılar”ın bəziləri belə hesab edirlər ki, “Real Madrid TV”-nin hakimləri sərt tənqidi mövqeyi “Real”a qarşı rəqib düşərgələrdə hədsiz aqressiv əhval-ruhiyyə yaradır.


