Ançelotti: “Real”da heç vaxt qol fəsadı olmayacaq”

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın hücumçularının cari forması ilə bağlı sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Bizim qol fürsətləri yaratmaq və qol vurmaq üçün resurslarımız var. Bu, təkcə Kilian Mbappeyə deyil, Vinisius Junior və Rodriqoya da aiddir. Üç oyunda altı qol vurmuşuq… və komanda ən yaxşı formada deyil. Bu, çox şey deyir. “Real”da heç vaxt qol fəsadımız olmayacaq, bunu özünüz də görə bilərsiniz. Kristiano Ronaldo kimi qolçu futbolçumuz olub-olmamasından asılı olmayaraq… ya da keçənilki kimi, hücumçuların yoxluğunda”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, yeni mövsümdə “Real” 3 oyun keçirib. “Kral klubu” UEFA Super Kuboku uğrunda oyunda “Atalanta” üzərində 2:0 hesablı qələbə qazanıb. Daha sonra La Liqada Karlo Ançelottinin yetirmələri səfərdə “Malyorka” ilə 1:1 hesablı heçə-heçə ediblər. Son oyunda isə “Real” “Valyadolid”i Madriddə 3:0 hesabı ilə məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: