Ançelotti “Real”da mövqeyindən narazı oyunçulardan danışdı

İspaniya nəhəngi “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti çalışdırdığı kollektivin oyun modelindən söhbət açıb.

Arena.az “Mundo Deportivo” dərgisinə istinadən Ançelottinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Məncə, oyunçunun harada oynamaq istədiyini bilmək çox vacibdir. Mən heç vaxt futbolçunu bəyənmədiyi mövqeyə qoymamışam. Amma bəzən komandanın belə ehtiyacı olur. Bəziləri – Kamavinqa, Tçuameni və ya Rodriqo kimi, özlərini qurban verməli olurlar.
Rodriqo mərkəz hücumçusu kimi bir oyun keçirib. Komandanın ehtiyaclarından, sonra isə fərdi üstünlüklərdən başlayıram. Aydın məsələdir ki, mən Kamavinqanı müdafiəçi mövqeyinə qoysam, ona məlumat verərəm.

“Atletiko” ilə oyunda mən Ramosu da müdafiənin dayağı mövqeyinə qoymuşdum, açıq-aydın onun xoşuna gəlmədi. Amma komandanın tələbi ilə bunu etdi. Bu, altruizmdir”, deyə Ancelotti açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: